Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 283 $▼0.98%
  • Ethereum2 335 $▼2.06%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
Siyasət

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Qarabağı müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantıda Dağlıq Qarabağdakı humanitar missiyanın və Rusiya sülhməramlılarının işini müzakirə edib.

 

Busaat.az  xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

 

“Bu çərçivədə Prezident görüş iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon əlaqələri barədə məlumat verdi”, – deyə Kremlin sözçüsü bildirib.

 

Onun sözlərinə görə, həmçinin Rusiyanın sosial-iqtisadi daxili gündəminin müxtəlif aktual məsələlərinə də toxunulub.

 

İclasda Baş nazir Mixail Mişustin, Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Kreml Administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, müdafiə naziri Sergey Şoyqu, daxili işlər naziri Vladimir Kolokoltsev, Federal Təhlükəzilik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, eləcə də Prezidentin Ətraf Mühitin Mühafizəsi, Ekologiya və Nəqliyyat üzrə Xüsusi Nümayəndəsi Sergey İvanov iştirak edib.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul