Putin Trampla Baydeni müqayisə etdi - VİDEO
“İzvestiya”nın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin “NBC News”a müsahibəsində bildirib.
RF dövlət başçısı kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, Trampı parlaq insan hesab etdiyini vurğulayıb.
“Tramp ABŞ isteblişmentindən deyil, o, əvvəllər böyük siyasətin bir parçası olmayıb”, – deyə Putin əlavə edib.
RF prezidenti Ağ Evin hazırkı başçısı Co Baydenin sələfindən köklü fərqləndiyini deyərək, onu bütün həyatını bu sahədə keçirən “karyeralı siyasətçi” adlandırıb.
“Bayden fərqli insan növüdür; bu həm yaxşı, həm də pisdir”, – deyən Putin ABŞ-ın hazırkı prezidentinin impulsiv hərəkətlərə yol verməyəcəyinə ümidini ifadə edib.





