Putinin daha bir gizli villası üzə çıxdı: “Fəhlələr işləmək istəmir”

image-putinbackend

Finlandiyanın balıqçılar şəhərciyində yaxın dostunun Rusiya lideri Vladimir Putin üçün tikdirdiyi dəbdəbəli villaya xərclənən 3,2 milyard dollar Rusiya liderinin balıq tutmaqla maraqlanmadığı üçün boşa çıxıb.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın işğalı ilə ard-arda Qərbin sanksiyalarına məruz qalan Rusiya lideri Vladimir Putin üçün Finlandiyada tikilən 3,2 milyard dollarlıq villanın tərk edildiyi üzə çıxıb.

Businnes Insider-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Putinin yaxın dostunun Finlandiyanın Saimaa gölünün sahilindəki balıqçılar qəsəbəsində Putin üçün tikdirdiyi dəbdəbəli villaya xərclənən pul və zəhmət boşa çıxıb. Şərab anbarı, bilyard otağı, hovuzu, saunası və 8 ayrı hamamı olan üç mərtəbəli villanın tikintisinin Putinin Finlandiyada balıq tutmaqla maraqlanmadığı anlaşılandan sonra istifadə edilmədiyi bildirilib.

“Vladimir Putinin milyard dollarlıq villası onu Finlandiyada gözləyir, lakin o, yəqin ki, bundan heç vaxt istifadə etməyəcək”, – Business Insider yazıb.

Villanın tikinti planını ələ keçirən The Insider saytının müxbiri Sergey Kanev qapısı açıq qalan lüks iqamətgahı ziyarət edib və tikinti materialları ilə dolu otaqlara baxıb. Xəbərə görə, maaşları mütəmadi olaraq verilməyən finlandiyalı işçilər də villadakı işləri yarımçıq qoyub, bəziləri isə Putin üçün tikilən evin tikintisində işləmək istəməyib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90