Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft111.42 $▲0.52%
  • WTI neft102.60 $▲1.24%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.035 $▼0.95%
  • Qızıl4 078 $▲0.54%
  • Gümüş54.14 $▲0.06%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.50 ¢▼1.96%
  • Bitcoin81 626 $▲1.02%
  • Ethereum2 380 $▲1.39%
  • S&P 5007 744▲0.28%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Analitika

Putinin sual altında olan hakimiyyəti: “Əgər seçki başlanana qədər...” - ŞƏRH

image-rusiya-ukrayna-ile-muharibeye-her-gun-ne-qeder-pul-xercleyir-fantastik-mebleg-345814
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Müharibənin necə sonlanacağından asılı olmayaraq artıq Putinin əvvəlki nüfuzu yoxdur”.

Bunu Rusiyada keçiriləcək növbəti prezident seçkilərində Putinin yenidən qalib olma şansını dəyərləndirən politoloq Samir Hümbətov Busaat.az-a açıqlamasında deyib.

image-samir-humbetov-1

O, bildirib ki, Putinin növbəti prezident seçkilərində iştirakı Ukrayna ilə müharibənin nəticəsindən asılıdır: “Rusiya Ukrayna cəbhəsində ciddi uğur əldə etməzsə, Putinin növbəti prezident seçkilərində namizədliyi belə sual altına düşür. Əgər Putin başlatdığı müharibədə qalib gələ bilməsə, bu bir başa Rusiyanın mövcudluğuna zərbə ola bilər. Düzdür, Rusiya tələm-tələsik işğal etdiyi torpaqları öz ərazisinə ilhaq etdi. Lakin ilhaq etdiyi ərazilərin bir hissəsini artıq itirib. Bu isə cəmiyyət daxilində narazılığın güclənməsinə səbəb oldu. Rus cəmiyyətində Putinin liderliyi belə sorğulana bilər. Referendumla düzəliş olunan qanun Putinin 10-15 il hakimiyyətdə qalmağına hesablanmışdı. Lakin Ukrayna ilə müharibə Putinin planlarını alt-üst etdi. Rusiya siyasi elitası içərisində ciddi narahatlıq var. Mediaya tam yansımasa da Putinə etiraz edənlər belə mövcuddur”.

Politoloq Putinin seçkidə uğur qazanma ehtimallarına da toxunub: “Seçki başlanacağı vaxta qədər proseslər fərqli istiqamətdə inkişaf edərsə – yəni Rusiya Ukraynada ciddi nailiyyət əldə edəcəksə Putinin hakimiyyətdə qalmaq imkanı genişlənəcək. Rusiyada seçki dövrünün bitməsi aydın məsələdir. Maraqlı olan siyasi elitanın Putini hakimiyyətdə saxlayıb-saxlamayacağıdır. Əgər Putin Ukraynada uğur qazana bilməyəcəksən, həm siyasi elitanın, həm ictimaiyyətin narazılığı özünü büruzə verəcək. Müharibənin necə sonlanacağından asılı olmayaraq artıq Putinin əvvəlki nüfuzu yoxdur”.

Ələsgər / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97214