Putinlə daha xokkey oynamayacağını dedi, Kreml cavab verdi

image-saulibackend

“Mən daha Putinlə xokkey oynamaram”.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Finlandiya Prezidenti Sauli Niinistö “La Reppublica” qəzetinə müsahibəsində deyib.

Jurnalistin müvafiq sualına cavab verən Finlandiya Prezidenti “Xeyr, mən daha onunla oynamq istəməzdim” deyə qeyd edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz Niinistönün Vladimir Putinlə daha xokkey oynamaq istəməməsinə münasibət bildirib.

Peskovun sözlərinə görə, xokkey kimi komanda idmanı qarşılıqlı etimadın formalaşmasına və yaxınlaşmağa töhfə verir: “Bu, Niinistönün siyasi yolunun başlanğıcında yaxşı təcrübə idi. İndi o deyir ki, daha oynamayacaq, lakin Putinin komanda üzvlərində, tərəfdaşlarında çatışmazlıq yoxdur”.

Qeyd edək ki, Niinistö və Putin 2012-ci ildə xokkey üzrə Rusiya-Finlandiya dostluq matçında buz üzərinə çıxıb. Bu zaman Finlandiya Prezidenti Rusiya komandasının qırmızı formasında oynamağa qərar vermişdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90