“Putinlə peyvənd idxalını müzakirə edirik” – Ərdoğan

“Putinlə peyvənd idxalını müzakirə edirik” – Ərdoğanbackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə koronavirus peyvəndlərinin idxalını müzakirə etdiyini açıqlayıb.

Busaat.az-ın Anadolu Agentliyinə istinadən xəbərinə görə, Ərdoğan jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Türkiyə və Çin Səhiyyə Nazirlikləri səviyyəsində bu sahədə dialoq aparılır.

Onun sözlərinə görə, koronavirusa qarşı yerli peyvəndin yaradılması üzrə fəal iş davam edir.

Dövlət başçısı son günlər Türkiyədə “COVID-19”un sürətlə artmasını da şərh edib: “Təəssüf ki, koronavirus səbəbindən yoluxma və ölüm statistikası artır. Bu da bizi narahat etməyə bilməz”.

Türkiyə Prezidenti vətəndaşları sosial məsafə tədbirlərini nəzərə almağa və maska taxmağa çağırıb: “Bu, xüsusilə böyük şəhərlərin sakinlərinə aiddir. Əks təqdirdə xəstəliyin artması qaçılmazdır”.

Türkiyə lideri ölkənin xəstəxanalarında yer azlığı olmadığını da qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90