“Qanun-qaydalar sərtləşdirilməlidir” – Deputat

“Qanun-qaydalar sərtləşdirilməlidir” – Deputatbackend

“Pandemiya ilə mübarizədə qaydalara əməl etməyən günahkarlar cəzalandırılmalıdır”.

Busaataz.az xəbər verir ki, bunu son günlər koronavirusa yoluxma hallarının artmasını dəyərləndirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev bildirib.

Tahir Rzayevin fikrincə, ölkədə karonavirusa yoluxanların sayının artması ciddi narahatlıq doğursa da, bunu bəzi insanların yalnız biganəliyi kimi qiymətləndirmək düzgün olmazdı:

“Dəfələrlə deyilməsinə və müraciət olunmasına baxmayaraq, kimsə bilərəkdən qayda-qanunu pozur, sosial məsafə saxlamır, tibbi-gigiyenik qaydaları gözləmirsə, bu, dövlətin gördüyü mühüm tədbirlərə kölgə salmaqdır. Həmin insanlar biganəlikdən daha çox millətə xəyanət edənlərdir. Qayda-qanuna məhəl qoymayanlar, yoluxanlar və həyatını dəyişənlər Azərbaycan vətəndaşlarıdır. Hadisələr də gözlərimiz qarşısında baş verir. Belə olan halda susmaq lazım deyil.

Qanun-qaydalar sərtləşdirilməli, ciddi tədbirlər görülməli, günahkarlar cəzalandırılmalıdır. Pandemiyaya qarşı mübarizə bəşəri mübarizədir. Xalqın, millətin təhlükəzizliyini pozanlar bagışlanmamalıdır. Əks təqdirdə ölkə və vətəndaşlarımız çıxılmaz vəziyyətə düşə bilər”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90