Qanuni oğru İka Qalski xuliqanlıq üstündə saxlanıldı

image-1684333070_hebsbackend

Sankt-Peterburqda hüquq-mühafizə orqanlarının əməkdaşları “İka QalskiÜ kimi tanınan 41 yaşlı oğrubaşı İrakli Buliskeriyanı xuliqanlıq etdiyinə görə saxlayıblar.

Busaat.az xəbər verir ki, bu barədə “Fontanka” məlumat yayıb.

Nəşrin məlumatına görə, o, fevralın 19-da Sankt-Peterburq otellərindən birində baş vermiş kütləvi dava və atışma səbəbindən saxlanılıb. Həmin şəxs hadisədən dərhal sonra şəhəri tərk edib, lakin bu yaxınlarda işin ört-basdır edildiyini düşünərək geri qayıdıb.

Buliskeriya dekabrın 5-də saxlanılaraq şəhərin Admiralteyski rayonundakı istintaq şöbəsinə aparılıb. İndi onun barəsində preventiv tədbirin seçilməsi məsələsi həll edilir.

Bundan əvvəl Türkiyə hakimiyyəti Rusiyada fəaliyyət göstərdiyi iddia edilən mütəşəkkil cinayətkar qruplaşmanın liderlərindən biri Şamil Əmirovun saxlanıldığını elan edib.Musavat.com

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki