“Qarabağ” darmadağınla növbəti mərhələdə

“Qarabağ” darmadağınla növbəti mərhələdəbackend

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.

Busaat.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da meydana çıxıb. Qurban Qurbanovun komandası Bakıda Şimali Makedoniyanın “Sileks” klubu ilə qarşılaşıb. Oyun “Qarabağ”ın inamlı qələbəsi ilə başa çatıb – 4:0.

Mərhələ bir oyundan ibarət olduğundan Ağdam təmsilçisi 2-ci raunda yüksəlib.

Qeyd edək ki, “Qarabağ” 2-ci turda  “Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin oyunları avqustun 25-26-da keçiriləcək.

18 avqust

Çempionlar Liqası

1-ci təsnifat mərhələsi

20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya) – 4:0
Qol:
 Xayme Romero, 11, Donald Gerye, 39, 51, Mahir Emreli, 80
Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90