Qarabağ Universitetinə bu il 1300-1400 tələbənin qəbulu plaşdırılır.
Busaat.az xəbər verir ki, bunu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, Qarabağ Universiteti təhsil üçün yeni bir layihədir.