“Rusiyanın başı hazırda Ukraynaya qarışıb. Öz istəklərinə nail olmaq üçün Rusiya İran faktorundan istifadə edə bilər”.
Bunu türk mediasında İranın Qarabağa 4000 terrorçu göndərməklə bağlı yayılan xəbərini şərh edən politoloq Vüqar Qədirov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, türk mediasında yayılan bu xəbər yeni məlumat deyil, İrandan hər cür təxribat gözləmək olar:
“Səfirliyimizə olunan hücum, bir müddət öncə ifşa olunan İran-Ermənistan planı və digər neçə belə hadisələr, “İrandan hər cür təxribat gözlənilə bilər”, – deməyə əsas verir. Bu addımları atmaq isə İranın tək cürət edə biləcəyi şey deyil. Rusiyanın başı hazırda Ukraynaya qarışıb. Öz istəklərinə nail olmaq üçün Rusiya İran faktorundan istifadə edə bilər. Eyni zamanda bu məsələdə Ermənistanın da maraqlı olduğunu düşünürəm. Qarabağda döyüşmək istəməyən ermənilərin yerini fars-molla terrorçuları tuta bilər”.
Bu kimi risklərə qarşı Azərbaycanın atmalı olduğu addımları dəyərləndirən politoloq deyib: “Azərbaycan bütün gücünü səfərbər etməli, hər bir Azərbaycan vətəndaşını üçrəngli bayrağımız altında toplamalıdır. Hər cür təxribat ehtimalına qarşı hazırlıqlı olmalıyıq. Əməkdaşlıq etdiyimiz ölkələrlə bir araya gəlməli, təxribatların qarşısını almaq üçün bütün vasitələrdən istifadə etməliyik. Azərbaycanın indiki dövrdə düşmənləri dostundan daha çoxdur. Ona görə də hər bir ehimala hazırlıqlı olmalı, ciddi əks tədbirlər görməliyik”.
Ələsgər / Busaat.az