Azərbaycana qarşı vuruşmaq üçün Qarabağa aparılmış PKK terrorçularının Şimali İraqın Süleymaniyyə şəhərindən oraya getdikləri məlum olub.
DHA bu barədə Türkiyənin təhlükəsizlik mütəxəssislərindən və regional mənbələrdən əldə etdiyi məlumata istinadla xəbər yayır.
Bildirilir ki, Ermənistan tərəfində vuruşan bir çox PKK terrorçusu Süleymaniyyə yolu ilə İrana, oradan da Qarabağa aparılıb.
Ermənistana göndərilən PKK terrorçularının sayının yüzlərlə olduğu, onların Azərbaycana qarşı vuruşduğu və mülki insanları hədəf alan hücumların təşkilini hədəflədikləri bildirilib