Qarabağda öldürülən ilk azərbaycanlılar – 22 fevral 1988-ci il, Əsgəran hadisəsi – VİDEO

image-1613974298_1-kcur-kcurbackend

20 fevral 1988-Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) Xalq Deputatları Sovetinin erməni deputatları qeyri-legitim növbədənkənar sessiya çağıraraq “Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb, Ermənistana verilməsi haqqında” qərar qəbul ediblər. Bu barədə SSRİ Ali Sovetinə müraciət qəbul olunub.

DQMV-nin Xalq Deputatları Sovetinin mandatı 1988-ci ilin yanvarında bitmişdi və ermənilərin qəbul etdiyi qərar qeyri-legitim idi.

Bu hadisə Qarabağ konfliktinin rəsmi tarixinin başlanğıcı hesab olunur.

22 fevral – Dağlıq Qarabağ münaqişəsində ilk qanlı toqquşma olub. Erməni millətçiləri Əsgəran qəsəbəsi yaxınlığında Ağdam rayonundan olan iki azərbaycanlı gənci qətlə yetiriblər. Rəsmi orqanlar azərbaycanlı əhalinin erməni şovinistlərinə adekvat cavab verməsinə imkan vermədilər.

25 fevral- Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlanan Dağlıq Qarabağ münaqişəsində yeni toqquşma baş verib. Erməni millətçiləri Əsgəranda daha iki azərbaycanlını qətlə yetiriblər.

27-28 fevral – Sumqayıtda erməni ekstremistlərin təşkilatçılığı və bir qrup kriminal elementin iştirakı ilə kütləvi təxribat- erməni əhalinin evlərinə basqınlar törədilib.

Eduard Qriqoryanın başçılıq etdiyi basqın və iğtişaşlarda, rəsmi məlumatlara görə, 32 nəfər öldürülüb. Onların bir neçəsini Qriqoryan özü qətlə yetirib.

Ulu ondər Heydər Əliyevin sözləri ilə desək, Dağlıq Qarabağ problemi elə 1923-cü ildə eyni adlı muxtar vilayətin yaranması ilə başladı.

Muxtar vilayət Azərbaycan SSR-in tərkibində idi. 1989-cu ildə SSRİ Ali Soveti bu muxtar vilayətin ləğv olunub, birbaşa Azərbaycan ərazisinə qatılması barədə qərar qəbul etdi.

Lakin dekabrda Qorbaçov vilayəti Ermənistana vermək istədi və yaranmış etirazları yatırtmaq üçün 1 ay sonra, 1990-cı il yanvarın 20-də Azərbaycanda qətliam törətdi.

Ardınca SSRİ-nin yardımı ilə ermənilər Xocalı kimi genosidlər törədərək Qarabağı işğal etdilər.

İllər sonra – 27.09.2020 tarixində Prezident İlham Əliyevin başçılığı ilə ordumuz Qarabağı azad etməyə başladı və buna nail oldu.

Şuşanı azad etdikdən sonra atəşkəs barədə razılıq əldə olundu və 3 rayon Azərbaycana döyüşsüz qaytarıldı.

Ancaq anlaşmaya görə Dağlıq Qarabağ sülhməramlıların nəzarətinə götürüldü və ermənilərin ora qaytarılmasına start verildi.

Rəsmi Moskva da Dağlıq Qarabağın status məsələsinin müzakirə predmeti olmadığını bəyan edib. Di gəl ki, hazırda Rusiya ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağla bağlı danışıqlara qoşulmasının tərəfdarıdır.

Bəlkə də bu səbəbdən oradakı ermənilərə rus pasportu verilməsi söz-söhbəti, separatçıların təzədən müstəqil “Artsax” bağırmalarının şahidi oluruq.

Hər halda unutmayaq ki, bu dəfə sülhməramlı kimi qardaş Türkiyənin də hərbçiləri var və ötən əsrin 80-90-cı illərindəki Qorbaçov-erməni koalisiyası yarana bilməz.

Milli lider Heydər Əlyevin Dağlıq Qarabağ barədə tarixi sözlərini təqdim edirik.Bizim.Media

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90