“Qarşıda çempionat matçımız var” – Andrade

image-1709901558-195763_dkjuqefzd1backend

“Qarabağ”ın oyunçusu Leandro Andrade Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer”lə Bakıdakı oyunundan (2:2) sonra təəssüratlarını bölüşüb. 

Busaat.az xəbər verir ki, yarımmüdafiəçi jurnalistlərə açıqlamasında qəribə hisslər yaşadığını bildirib:

“Avropanın yeganə məğlubedilməz komandasına qarşı oyanayırdıq. Oyunda üstünlüyümüz var idi. O üstünlüyü əldən verdiyimiz üçün sanki məğlub olmuşuq deyə bir hiss var bizdə. Elə təəssürat yaranır ki, daha artığını əldə edə bilərdik. Bu imkanları əldən qaçırdığımıza görə qəribə hisslər yaşayıram”. 

O, cavab oyunundan gözləntilərindən də danışıb: “Bu cür keyfiyyətli komandaya qarşı oynamaq üçün meydana sadəcə inamla daxil olmaq lazımdır. Çünki bu, yeganə yoldur. Sadəcə inanmaq lazımdır. Biz də eyni istəklə, eyni inamla cavab oyununa çıxacağıq. Bizim qarşıda çempionat matçımız var. Əvvəlcə o oyuna köklənməliyik. “Bayer”lə görüşə inamla yollanacağıq ki, bu cür komandaya qarşı yaxşı oyun nümayiş etdirə bilək”. 

24 yaşlı yarımmüdafiəçi “Oyunun qırlma nöqtəsi Juninyonun qolu imkanını qaçırması idi” sualına belə cavab verib: “Əslində oyunda önəmli anlar çox idi. Juninyo birincisi hissədə bir qol imkanından istifadə edə bilmədi, məndə də belə uğursuzluq oldu. Zubir kimi bir əfsanə səhvə yol verdi. Eyni zamanda mən də o cür səhvlərə yol vermişəm. Belə məqamlar futbolda olur. Bu cür oynasaq belə olardı deyə düşünsək, ehtimallar çox olar. Sadəcə Tanrı oyunu belə yazmışdı, belə də olmalı idi”. 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki