Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 918 $▲0.18%
  • Ethereum2 365 $▲0.41%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Dünya

“Qasparyanın müharibənin dayandırılması barədə açıqlaması reallıqdan uzaqdır” – Paşinyan

image-pashinyan-qasparyan

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlament iclasında Qarabağdakı müharibə ilə bağlı bir sıra detallara toxunub. Paşinyana görə, son vaxtlar bu mövzuda bir sıra fərziyyələr mövcuddur və suallara aydınlıq gətirilməlidir.

Busaat.az  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan hökumət başçısı, Onik Qasparyanın ötən ilin noyabrında döyüş əməliyyatlarının dayandırılması ilə bağlı açıqlamasına münasibət bildirib. Belə ki, Qasparyan açıqlamasında qeyd etmişdi ki, o, döyüş əməliyyatlarının 4-cü günündə Ermənistan rəhbərliyinə döyüşlərin dayandırılmalı olduğunu, əks təqdirdə resursların tükənəcəyini bildirib.

“Onik Qasparyanın bəyanatındakı bu məqamın reallıqla heç bir əlaqəsi olmadığını tam məsuliyyətlə bildirmək istəyirəm. Baş Qərargah rəisi belə bir şey deməyib, bu protokol da daxil olmaqla rəsmi olaraq qeyd olunub. Söhbət Təhlükəsizlik Şurasının iclasından gedir. Əksinə, Qasparyan ordunun qarşısına qoyulan vəzifələrini yerinə yetirdiyini və sona qədər yerinə yetirəcəyini bildirib”,- deyə Paşinyan qeyd edib.

Bundan əlavə N. Paşinyan bildirib ki, Qasparyanın sentyabrın 30-da belə bir şey deməsi mümkün deyildi. Belə ki, ondan bir ay əvvəl, 21 avqustda keçirilən Təhlükəsizlik Şurasının iclasında Baş Qərargah rəisi öz hesabatında, Qarabağ istiqamətində erməni tərəfinin mövcud qüvvələr və vasitələrlə düşmənin hücumunu dəf etməkdən əlavə ordu birləşmələrini də darmadağın edə biləcəyini bildirmişdi.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul