Qaz balonu partladı – İki qardaş yaralandı

image-image_940x_67b881bcdda2e-1backend
image-ad_qayo_720x110px

Gəncə şəhərində qaz balonu partlayıb, iki qardaş xəsarət alıb.

Busaat.az “Report”a istinadən məlumat verir ki, qaz balonunun partlaması nəticəsində 1958-ci il təvəllüdlü Rüstəm Abbasov və onun qardaşı, 1960-cı il təvəllüdlü Qasım Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki