Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin76 068 $▲0.44%
  • Ethereum2 246 $▲0.47%
  • S&P 5007 377▲0.27%
18°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Gündəm

Qazaxıstan FHN-in əməkdaşlarına Azərbaycanın təltifləri təqdim edilib – FOTOLAR

image-6
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun təltif etdiyi Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 əməkdaşına “Əməkdaşlığa görə” döş nişanı təqdim edilib.

Busaat.az-ın məlumatına görə, Azərbaycanın Aktaudakı Baş konsulluğundan bildirilib ki, döş nişanlarının təqdim edilməsi üçün fevral ayının 18-də Manqistau Vilayət Administrasiyasının binasında tədbir keçirilib.

Tədbirdə vilayət akimi, Qazaxıstan FHN-in vilayət departamentinin rəisi, Aktau şəhər meri, Qazaxıstan DİN-in vilayət departamentinin rəisi, KİV nümayəndələri və digər rəsmilər iştirak edib.

Tədbirdə çıxış edən baş konsul Ayxan Süleymanlı Qazaxıstan tərəfinin baş vermiş faciəyə həssaslıq nümayiş etdirdiyini bildirib.

Onun sözlərinə görə, qəza baş verdikdən sonra dərhal axtarış-xilasetmə əməliyyatının həyata keçirilməsində yüksək operativlik nümayiş olunub, xəsarət alanlara və yaralananlara təxirəsalınmaz tibbi yardım göstərilib, eyni zamanda, sağ qalan Azərbaycan vətəndaşlarının, habelə həlak olan şəxslərin nəşlərinin ölkəmizə gətirilməsində, o cümlədən hadisə ilə bağlı bütün məsələlərdə yaxından dəstək verilib.

Baş konsul tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, hadisə baş verən gün vilayət rəhbərliyi tərəfindən baş konsulluğun divarı önünə bir neçə masa qoyulub, üzərinə gül çələngləri düzülüb, konsulluğun divarına qazax dilində şüarlar yazılıb: “Yaralılara qan vermək üçün yerli sakinlər xəstəxanaya axın edərək könüllü qan vermişlər, çətin gündə ancaq qardaş xalq bunu edə bilərdi”.

Ayxan Süleymanlı çıxışının sonunda faciə zamanı göstərilmiş köməyə görə Azərbaycan dövləti və xalqı adından, şəxsən öz adından Manqistau vilayətinin akimi Nurdaulet Kilıbaya, vilayətin güc strukturlarının rəhbərlərinə, əməkdaşlarına, tibb işçilərinə, hadisə zamanı yardım edən qazax xalqının nümayəndələrinə dərin təşəkkürünü bildirib və Azərbaycan xalqının bunu heç vaxt unutmayacağını diqqətə çatdırıb.

Sonra baş konsul qəzaya uğramış təyyarənin sərnişinlərinin xilas edilməsi zamanı cəsarət, peşəkarlıq nümayiş etdirmiş Qazaxıstan FHN-in əməkdaşlarına döş nişanlarını təqdim edib, onları təbrik edib və xatirə şəkili çəkdirib.

Xatırladaq ki, 2024-cü ilin dekabrın 25-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Qroznı istiqamətində uçan təyyarəsinin Qazaxıstanın Aktau Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması ilə əlaqədar aparılan qəza-xilasetmə əməliyyatında iştirak etmiş Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən təltif olunub.


MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=159716