Məzmuna keç
  • Azeri Light127.00 $▲0.32%
  • Brent neft110.80 $▲1.17%
  • WTI neft101.72 $▲0.75%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)2.992 $▲0.23%
  • Qızıl4 010 $▼0.28%
  • Gümüş53.50 $▼1.24%
  • Pambıq79.56 ¢▼0.87%
  • Buğda620.50 ¢▼0.40%
  • Bitcoin79 586 $▼0.57%
  • Ethereum2 301 $▼1.13%
  • S&P 5007 661▲0.50%
17°Bakı
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
Gündəm

Qazaxıstanlı və azərbaycanlı politoloqlar arasında görüş olub – FOTO

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənlərlə yaxından tanış olmaq və Azərbaycana dəstək ifadə etmək məqsədilə ölkəmizə gələn qazaxıstanlı politoloq, ekspert və jurnalistlərdən ibarət qrupla Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində görüş keçirilib.

 

Busaat.az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qonaqlara münaqişənin tarixi və mövcud vəziyyət, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan razılaşmanın detalları barədə ətraflı məlumat verib.

 

Millət vəkili, politoloq Rasim Musabəyov və digər ekspertlər mövzu ilə bağlı fikirlərini bölüşüb və qonaqları maraqlandıran sualları cavablandırıblar.

 

Qazaxıstanlı politoloqlar qələbə münasibətilə təbriklərini çatdırıb və Qələbəyə aparan çətin yolda qardaş qazax xalqının Azərbaycanın yanında olduğunu, mediada və sosial şəbəkələrdə böyük dəstək müşahidə edildiyini bildiriblər.

 

Görüşdə Qazaxıstan və Azərbaycan politoloqlarının, jurnalistlər və ictimai fəalların əməkdaşlığını  genişləndirmək, informasiya mübadiləsinin intensivliyini və səmərəliliyini artırmaq, ortaq müakirə platformalarının təşkilini həyata keçirmək istiqamətində müzakirələr aparılıb.

 

Qeyd edək ki, səfər çərçivəsində qazaxıstanlı ekspertlərin bir sıra görüşləri, Gəncə və Bərdə şəhərlərini ziyarəti nəzərdə tutulur.

 

Azərbaycanın Qazaxıstadakı səfirliyinin dəstəyi ilə təşkil olunan səfər noyabr ayının 15-dək davam edəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=24418