Qazxda DƏHŞƏTLİ QƏZA: Bir kəndin 4 sakini öldü

image-img_6143backend

Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Busaat.az-ın apa-ya istinadən məlumatına görə, qəza rayonun Abbasbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “BMW” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.

Nəticədə avtomobildə olan 4 nəfər hadisə yerindəcə həyatını itirib.

Qəza nəticəsində rayonun Fərəhli kənd sakinləri – 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev dünyasını dəyişib.

Hadisə yerinə Qazax Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki