Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.36 $▲4.46%
  • WTI neft88.33 $▲3.59%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.363 $▲2.91%
  • Qızıl3 918 $▼1.58%
  • Gümüş50.60 $▼1.60%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda588.50 ¢▼2.16%
  • Bitcoin70 908 $▼0.47%
  • Ethereum2 009 $▼0.17%
  • S&P 5007 592▼0.33%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Gündəm

Qabil Məmmədov ölkəyə gətiriləcək, cəzasını çəkəcək 

image-0394dbea-cd19-478e-b0b6-d75ece061963
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qabil Məmmədov, Qurban Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli və Elşad Məmmədovun respublikaya gətirilməsi mütləq baş tutacaq. Birinci növbədə bu, beynəlxalq qanunlar çərçivəsində öz həllini tapacaq. Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşır, heç bir ölkənin cinayətkarları Azərbaycanda gizlədilmir. Ona görə də, vaxtilə ölkəmizdə cinayət törədən, bu gün gedib digər ölkələrə sığınanlar Azərbaycana təhvil veriləcəklər”.

Busaat.az xəbər verir ki, bunu Demokrat.az–a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O bildirib ki, həmin şəxslərin ölkəmizə gətirilməsi ilə bağlı Azərbaycanın tələbi beynəlxalq hüquqa söykənir:

“Məlumdur ki, Qabil Məmmədov, Qurban Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli və Elşad Məmmədov Baş Prokurorluğa çağırılıblar. Eyni zamanda ötən gün artıq Qabil Məmmədovla bağlı məhkəmə qərarı ictimaiyyətə açıqlandı – ona 16 il şifahi həbs cəzası verildi.

Heç kim hüquqdan qaça bilməz, cinayət törədib, gedib haradasa gizlənə bilməz. Onlar haqlı olaraq öz cəzalarını alacaqlar. Qabil Məmmədovun dələduzluq və digər cinayətləri təsdiqlənib, o, ölkəyə gətiriləcək və öz cəzasını da çəkəcək”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=170083