Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft91.91 $▼6.54%
  • WTI neft85.99 $▼5.83%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.201 $▲5.89%
  • Qızıl4 121 $▼0.29%
  • Gümüş53.02 $▼0.18%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda589.00 ¢▼0.42%
  • Bitcoin74 739 $▼0.69%
  • Ethereum2 119 $▼0.62%
  • S&P 5007 550▲2.37%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Onlayn iclasda katibəni qucaqlayan deputat işdən qovuldu

image-70f73137-64c1-4bcb-a83d-ef366c0ccdf1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Özbəkistanda onlayn iclas zamanı katibəni qucaqlayan məmur işdən azad edilib.

Busaat.az milli.az-a istinadən xəbər verir ki, Özbəkistanda dövlət qulluqçusunun onlayn iş toplantısı zamanı katibəsi ilə qeyri-etik davranışı ölkə ictimaiyyətində geniş rezonans doğurub. Sosial şəbəkələrdə yayılan videoda məmurun videokonfrans zamanı katibəni qucaqladığı və yaxınlıq göstərdiyi aydın görünür. Hadisə ictimai və media təzyiqi fonunda qısa müddətdə rəsmi orqanların müdaxiləsinə səbəb olub.

Özbəkistanın müvafiq dövlət qurumları məsələ ilə bağlı araşdırma apararaq məmurun hərəkətlərinin dövlət qulluqçusu etikası ilə uzlaşmadığını və nüfuz zədələyici xarakter daşıdığını bəyan edib. Araşdırmanın nəticəsi olaraq həmin məmur və katibəsi tutduqları vəzifələrdən azad ediliblər.

Özbəkistanın Dövlət Xidmətləri Agentliyi məsələ ilə bağlı açıqlamasında bildirib ki, dövlət qulluqçuları yüksək davranış standartlarına əməl etməli və öz nümunələri ilə cəmiyyətə örnək olmalıdırlar. Qurum həmçinin gələcəkdə bu kimi halların qarşısının alınması üçün nəzarət mexanizmlərinin gücləndiriləcəyini qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=170028