Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.09 $▼0.13%
  • WTI neft101.24 $▼0.14%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.031 $▲0.00%
  • Qızıl4 055 $▲0.09%
  • Gümüş53.48 $▲0.48%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda600.50 ¢▲0.17%
  • Bitcoin80 196 $▼1.29%
  • Ethereum2 323 $▼1.44%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
İqtisadiyyat

Maşınlar bu tarixdən BAHALAŞACAQ!

image-1685423361_f77c0ef51a09198e302b73b78133959emasinbazari1-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Maşın bazarında alıcı yoxdur.

Busaat.az Milli.Az-a istinadən xəbər verir ki, bu gün də avtomobil bazarında durğunluq var idi.

Satıcılar bildirir ki, maşını almaq üçün yaxınlaşanların çoxu “alverçilər”dir. Onlar da malın dəyərini öldürüb ucuz qiymətə alıb, baha satırlar.

Avtomobilini satışa çıxaran Azər adlı şəxs bildirib ki, bir müddətdir maşınını sata bilmir.

“Əvvəl elə bilirdim ki, Çin avtomobillərinə görə bazar ölüb. Sonra gördüm ki, yox, hələ bizim ölkədə Çin maşınlarına qarşı aqressiya var. Bu sosial şəbəkələrdəki “əlimyandı” elanları “bazarı təmiz öldürüb”.

Başqa bir satıcı isə alıcıların azlığını hər kəsin rahatlıqla ölkəyə maşın gətirtməsi ilə əlaqələndirib.

“Maşın gətirmək hər kəs üçün əlçatan olub. Seçim o qədər çoxdur ki, burada satılan maşınlara maraq azalıb. Halbuki, xaricdən gətirilən maşınla burada satılan arasında ciddi qiymət fərqi yoxdur”.

Ekspertlər isə avtomobil bazarındakı durğunluğun müvəqqəti olduğunu bildiriblər. Maşınlara tələbat əsasən yayın əvvəli və yayın sonu, sentyabrın əvvəli yaranır. Onlar düşünür ki, gələn ayın sonlarından etibarən maşınlar yenidən bahalaşacaq.

Ekspertlərin fikrincə bahalaşma əsasən yeni hibrid avtomobillərdə, “Mercedes”, “BMW”, “Lexus” kimi premium markalarda olacaq. Çin avtomobilləri və mühərrik həcmi 3 litrdən yuxarı olan avtomobillər isə ucuzlaşacaq.

Mütəxəssislər həmçinin bildirib ki, sosial şəbəkələrdə dəyərindən çox ucuz qiymətə satışa çıxarılan maşın elanlarına aldanmasınlar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=170001