Qəbələdə narkotik satanlar saxlanıldı – FOTOLAR

image-1708058043-65cee2b04dc3365cee2b04dc34170805726465cee2b04dc3165cee2b04dc32backend

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotiklərin satışında şübhəli bilinən Çinar Soltanov saxlanılıb.Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Araşdırma zamanı Çinar Soltanovun həmin narkotik vasitəni Qəbələ rayonunun Tola kənd sakini Mərdan Əzəmmədovdan 120 manata satış məqsədilə aldığı məlum olub.

Davam etdirilən tədbirlərlə M.Əzəmmədov da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilərkən satış məqsədilə saxladığı qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.

Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

image-1708058043_65cee2b04965065cee2b049651170805726465cee2b04964d65cee2b04964f image-1708058043_65cee2b04507665cee2b045077170805726465cee2b04507365cee2b045074 image-1708058043_65cee2b05fbc765cee2b05fbc8170805726465cee2b05fbc465cee2b05fbc6

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki