Qəfil ölüm niyə cavanlaşır? – Həkim əsas faktoru açıqladı

image-infarct_091012backend

Xəbər verdiyimiz kimi, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, professor Kamran Musayevin qızı Dilay Musayevanın ölüm səbəbi məlum olub. Türkiyədə yaşayan 20 yaşlı Dilay Musayeva beyin qansızmasından dünyasını dəyişib.

Dünən daha bir Azərbaycanlı müğənni də ürək tutmasından vəfat edib. Gəncə şəhərində yaşayan müğənni Rəhim Quliyev qəfil ürəktutmasından dünyasını dəyişib. Sənətçinin səhhəti bir anda pisləşib və həyatını itirib.

Rəhim Quliyev müğənniliklə yanaşı, musiqi xanəndəlik tədrisi də keçirdi. Mərhum Gəncə Musiqi Kollecinin müəllimi olub.

Ümumiyyətlə, son zamanlar gənclərin qəfil ölümü barədə xəbərlər yayılır.

Busaat.az xəbər verir ki, tibb sahəsi üzrə ekspert, həkim-terapevt Rasif Bağırov  açıqlamasında bildirib ki, ürəktutması ilə bağlı ölümlərin əksəriyyəti genetikdir:

“Ürək-damar sistemi xəstəliklərinin risk faktorları içərisində indi də, daha əvvəllər də ilk növbədə genetik faktor dayanır. Pis vərdişlər də – içki, siqaret, narkotik də ikinci, bəzən üçüncü formada ürək xəstəliklərinə səbəb olur. Lakin ürəktutmasının ən basilica səbəbi genetik faktordur. Əgər kimdəsə genetik faktor varsa və onun həyat şəraiti normaldırsa, həmin genetik faktor özünü qısa zamanda göstərmir. Belə misal verə bilərik ki, genetik faktor özünü 60 yaşında göstərməlidir, lakin əgər həyat şəraiti normal deyilsə, bu özünü daha tez, məsələn, 40 yaşında göstərəcək. Həyat şəraiti normal olmadıqda 60 yaşında baş verəcək proseslər daha erkən yaşlarda özünü göstərir”.Cebhe.info

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90