Qələbə salnaməsinin ilk günü…

image-foto2backend

“İllərdir davam edən və bitib tükənmək bilməyən erməni təcavüzləri sonunda Azərbaycanın səbir kasasını doldurmuşdu. Tez-tez törədilən qırğınlar, neçə-neçə qəlbi vətən eşqiylə döyünən oğulların, dinc, günahsız sakinlərin qətlə yetirilməsi qan dondururdu. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. Beləliklə , Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsinə başlamışdır. Bu zaman ilk döyüş əməliyyatlarından biri Arazboyu əməliyyatı olmuşdur. 2020-ci ilin 27 sentyabrından başlamış əks hücum əməliyyatı ilkin olaraq Qarabağın şimal, şimal-şərq  və cənub-şərq cəbhəsi boyunca gedir. Azərbaycan ordusunun cənub-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılır. Nəticədə azərbaycan ordusu Cəbrayıl rayonunun Araz boyu istiqamətində irəliləməyə başlayır. Elə ilk gündəcə Cəbrayıl rayonunun Arazboyunda yerləşən Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilir. 3 oktyabr tarixində bu əməliyyat istiqamətində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndi tamamilə işğaldan azad edilir. Oktybrın 4-də Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Decal, Mahmudlu, Cəfərabad, Horovlu kəndləri və Cəbrayıl şəhəri işğaldan tam azad edilir. Artıq Cəbrayıl rayonu istiqamətdə geniş ərazilərin işğaldan azad olunması ilə İkinci Qarabağ müharibəsində cənub (6 Oktyabr ) və cənub-qərb cəbhələrinin açılması ilə nəticələnir. Ancaq ordunun müdafiə xəttinin içərilərinə irəliləməsi Qarabağın qapısı adlandırılan Füzuli şəhərinin azad olunmasından keçirdi. Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yuvadırdı. 16 oktyabrdan 17-nə keçən gecə Füzuli şəhəri işğaldan tam azad edilir. Şəhərin azad olunması artıq ordunun Azərbaycan-İran dövlət sərhəddi boyunca t asanlaşdırır. Artıq bir gün sonra Cəbrayıl rayonunda yerləşən Xudafərin körpülərinə Azərbaycan bayrağı sancılır. Ardından cənub-qərb cəbhəsi boyunca irəliləmə sayəsində 20 oktyabrda Zəngilan , 25 oktyabr tarixində isə Qubadlı şəhərləri işğaldan azad edilir. 22 oktyabr tarixində Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan tam azad edilməsi ilə Azərbaycan-İran sərhədi nəzarətə götürülür. Müharibə ərzində artıq Azərbaycan ordusunun cənub cəbhəsi boyunca güclü həmlələr edərək Dağlıq Qarabağın daxilinə doğru irəliləməsi haqqında ilk məlumatlar 22 oktyabr tarixində Ermənistan tərəfindən verilir. Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı və qüvvə texnika itirir. Azərbaycanın bu istiqamətdən şimala, Dağlıq Qarabağın cənubuna, Zəngilan və Qubadlı rayonları ərazisinə irəliləməsi üçün yol açılır. Üstəlik Azərbaycan-İran sərhədinin nəzarətə götürülməsi ilə qanunsuz silah dövriyyəsi, narkotik maddələrin daşınması və bir çox qanunsuz fəaliyyətlərin qarşısı tam alınır.  Xudafərin körpülərinin işğaldan azad olunması Azərbaycan xalqının milli birliyinin mənəvi simvolu baxımından önəmlidir. Aparılan bu ilk əməliyyatılardan sonra bir neçə önəmli əməliyyat daha aparıldı və Azərbaycanın Birinci Qarabağ  müharibəsində itirdiyi torpaqları bir-bir İkinci Qarabağ müharibəsində geri aldı. Həm də , sadəcə 44 gün ərzində. Bu fəxarətli, qürurverici  hadisələri əminəm ki, qanında vətən sevgisi daşıyan  heç bir Azərbaycan vətəndaşı unutmayacaq və ən əsası unutdurmayacaq…”

 

Rzayeva Tünzalə Ülfət qızı. Bakı Qızlar Universiteti.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki