QƏNİRƏ ATAŞOVANIN RƏFİQƏLƏRİ QANUN QARŞISINDA MƏSULİYYƏT DAŞIMIRLARMI?

image-woman-lawyer-gender-training-court-sexismbackend

Son 7-8 aydır ki, Qənirə Ataşova adlı şəxs, tibbi sosial probemlər
fonunda, özünün şəxsi maraqlarına xidmət edən qaralamak kompaniyalarına start verib.

O, özünün facebook və instagram sosial platforma hesablarından (Ganira Atash) paylaşımlar edərək, səhiyyə sahəsində xidmət göstərən bir çox profesional cərrahları, həkimləri və eləcə də kosmetoloqları hədəfə alıb.

Məsələnin diqqət çəkən tərəflərindən biri də odur ki, Qənirə
Ataşova demək olar ki, paylaşdığı məlumatların böyük əksəriyyətini
sonradan silmiş, hətta bəzi hallarda öncə tənqid etdiyi həkimləri sonradan tərifləməyə və reklam etməyə başlamışdır.

Bəs bu hansı maraq qarşılığında
baş vermişdir? Axı bu xanım öz paylaşımlarında insanların hüquqlarını qoruduğunu qeyd etmişdir.

Əlbəttə, illərdir media sahəsində çalışan peşəkar bir jurnalist kimi
baş verən bütün bu hadisələri mən də diqqətlə izləyirdim, peşə etikası
çərçivəsində araşdırırdım. Və beləcə, insanların avam yerinə qoyulması da
daxil olmaqla, külli miqdarda pulların toplanılması ehtimalı, dövlət qurumları əleyhinə təbliğatların aparılması kimi bir çox faktların üstünü açmağa müvəffəq oldum.

Belə ki, Bakının Səbail rayonu ərazisində fəaliyyət göstərən “Falck”
klinikasında həkim – kosmetoloq işləyən Gülnar Zeynallı adlı qadın hər yerdə və eləcə də öz instagram səhifəsində özünü həkim terapevt və həkim kosmetoloq kimi təqdim edir.

 

Bir çox sosial media platformalarında bu ixtisas
fəaliyyəti ilə məşğul olmasına və eləcə də, mənşəyi barədə dəqiq məlumatlar olmayan kosmetoloji preparatların istifadəsinin zəruriliyinə dair reklamlar
verir.

Hətta hamıya fərəhlə danışır ki, səhiyyə sahəsində çalışan şəxsləri
təhdid edərək barələrində paylaşımlar edən Qənirə Ataşovanın həkimidir və Qənirə Ataşovanın himayəsindədir. Qənirə Ataşovanın hansı maraqları çərçivəsində Gülnar Zeynallını qorumasını qoyaq bir kənara.

Bəs bizim qanunlarımız nə deyir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il
tarixli, 108 saylı qərarı mövcuddur və həmin qərarın 1.2- ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının
yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında”
Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.

Qərarın 2.1-ci maddəsində isə qeyd olunur ki, Tabeliyindən və
mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində
çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan
səhiyyə mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.

Özünü həkim kimi təqdim edən Gülnar Zeynallını araşdırarkən, bu
şəxs özü də etiraf etdi ki, onun Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən verilmiş Sertifikasiya şəhadətnaməsi yoxdur.

 

Həmçinin, bizim sorğumuzu cavablandırarkən, Səhiyyə Nazirliyindən də bildirdilər ki, Gülnar
Zeynallı ilə bağlı müvafiq portalda heç bir qeyd mövcud deyil. 

Bu zaman sual yaranır; bəs Gülnar Zeynallı hansı əsasla tibbi fəaliyyət göstərir?

Onun hazırda işlədiyi Falck klinikası ilə əmək müqaviləsi mövcuddurmu?

Hansı vəzifəni icra etməsi üçün onunla əmək müqaviləsi bağlanılıb? Əmək müqaviləsi üzrə Gülnar Zeynallının əməkhaqqı nə qədərdir?

Göstərdiyi xidmətlərin qarşılığında, vətəndaşlar tərəfindən ödənilən ödənişləri Gülnar Zeynallı hansı əsasla özü şəxsən qəbul edir?

Hansı əsasla ödəyicilərə qəbz
verilmir?

Gülnar Zeynallı nə üçün vergidən yayınır?

Gülnar Zeynallı istifadə
etdiyi preparatları (dolğular, botokslar və s.) qanunvericilikdə nəzərdə tutulduğu qaydada elektron qaimə əsasındamı alır?

Bu preparatların ödənişini Gülnar Zeynallı satıcı şirkətlərə hansı formada həyata keçirir?

Əlbəttə, bütün bu suallara aidiyyatı qurumlar cavab axtarmalıdırlar
və həm də cavab verməlidirlər.

 

İndi isə keçək Gülnar Zeynallının sosial media hesablarından paylaşdığı reklamların hüquqi tərəfdən doğru olub olmamasına.

Reklam haqqında Azərbaycan Respublikasının qanununun
(bundan sonra qanun) 29 cu maddəsi mövcuddur və bu maddə əsasən dərman vasitələrinin, tibb vasitələrinin, tibbi xidmətlərin reklamını tənzimləyir. Qanunun 29.2.3-cü maddəsi reklam olunan dərman vasitəsindən istifadə ilə bağlı fiziki şəxslərin minnətdarlığını
bildirməsini və eləcə də, 29.2.4-cü maddəsi isə, sağlam insanda reklam
olunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi barədə
təsəvvür yaratmağı qadağan edir. Həmçinin, qanunun 29.2.6-cı maddəsi də, reklam olunan dərman vasitəsinin müsbət təsirinə, təbii mənşəli olmasına, təhlükəsizliyinə, effektivliyinə və əlavə təsirlərin olmamasına təminat verməyi qadağan edir.

Azərbaycan Respublikasının cinayətMəcəlləsində isə, 198-ci maddə var və bu maddənin də, bilə-bilə yalan reklam etmə barədə müvafiq sanksiyalar mövcuddur. İndi isə 2 sual yaranır.

1. Gülnar Zeynallı daha nə qədər qayda pozmalıdır ki, müvafiq
qurumlar onun fəaliyyəti ilə bağlı tədbirlər görsünlər?

2. Qənirə Ataşovanın adamı olmaq, insanları qanunların
tətbiqindən qoruyurmu?

Ümid edirəm ki, ölkəmizdə qanunların icrasına nəzarət edən
Azərbaycan Respublikasının Baş Prokurorluğu, səhiyyəmizə cavabdeh olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, eləcə də Dövlət Vergi Xidməti və Dövlət Əmək Müfəttişliyi hamını düşündürən, mənim bu iki sualıma biganə qalmayacaqlar.

Əgər bu gün Qənirə Ataşovanın şəxsi maraqları fonunda tərtib olunan siyahılar əsasında bu qrumlar bir çox insanları araşdırmalara cəlb edərək müvafiq tədbirlər görürlərsə, deməli eyni addımlar Gülnar Zeynallıya
və onun çalışdığı “Falck” klinikasına qarşı da atılmalıdır. Axı bizim
qanunlarımızın hamısında qeyd olunur ki, qanun qarşısında hamı
bərabərdir…

Media qanunlarına əsasən qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki