Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 439 $▼1.06%
  • Ethereum2 358 $▼1.18%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Gündəm

Qərbi Azərbaycan İcması “Kilikiya katolikosu”nun cəfəng açıqlamalarını pisləyir

image-qerbi-azerbaycan-icmasi
Qərbi Azərbaycan İcması

Qərbi Azərbaycan İcması “Kilikiya katolikosu”nun Azərbaycanın əleyhinə davamlı xarakter almış cəfəng açıqlamalarını pisləyir.

Bu barədə İcmadan Busaat.az-a verilən məlumatda deyilir:

“Din xadimi kimi deyil, daşnak təfəkkürlü siyasətçi kimi danışan “Kilikiya katolikosu”na xatırladırıq ki, əsrlərdir erməni kilsəsinin təşviq etdiyi “dənizdən dənizə böyük Ermənistan” nağılı, irqçi mifiologiya 2020-ci il Vətən müharibəsi zamanı Azərbaycan tərəfindən darmadağın edilmişdir və artıq geriyə yol yoxdur. Əgər “Kilikiya katolikosu” indi erməni xalqının mənafeyini düşünürsə, onda regionda düşmənçiliyi, başqa ölkəyə ərazi iddiasını deyil, sülhü və barışığı və bu xüsusda, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı üçün Ermənistan hakimiyyətinin İcma ilə dialoqunu təşviq etməlidir.

Qərbi Azərbaycan İcması Livan ictimaiyyətini “Kilikiya katolikosu”nun nifrət dolu, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü hədəf alan, onun daxili işlərinə müdaxiləyə çağıran açıqlamalarını pisləməyə çağırır”, – məlumatda qeyd edilib.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul