Məzmuna keç
  • Azeri Light126.16 $▲3.17%
  • Brent neft110.11 $▲0.14%
  • WTI neft100.65 $▼0.19%
  • Avropa qazı (TTF)103.19 €▲5.83%
  • Təbii qaz (ABŞ)2.903 $▲0.07%
  • Qızıl3 915 $▲0.09%
  • Gümüş50.40 $▲0.64%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda601.00 ¢▼0.21%
  • Bitcoin77 990 $▼0.30%
  • Ethereum2 280 $▲0.36%
  • S&P 5007 580▼1.83%
18°Bakı
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
Gündəm

Qeydiyyatı olmayan sərnişinləri daşıyanlar həbs edilə bilər – Rəsmi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə tətbiq edilmiş məhdudiyyətlə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olmayan şəxslərin mart ayının 19-dan 29-dək qeyd olunan ərazilərə girişləri üçün qadağanın qüvvədə olmasına baxmayaraq, ayrı-ayrı minik və yük avtomobillərinin sürücüləri tərəfindən qeydiyyatsız sərnişinlərin daşınması hallarına tez-tez rast gəlinir.

Busaat.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilir.

“Qeyd olunanlar nəzərə alınaraq, sürücülərdən bir daha xahiş olunur ki, yollarda, xüsusilə də keçid postları təşkil edilmiş ərazilərdə sıxlıq yaranmaması, habelə özlərinin məsuliyyətə cəlb edilməmələri üçün xüsusi rejimə ciddi riayət edilsin, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olmayan sərnişinlərin həmin istiqamətdə daşınması hallarına yol verilməsin. Əks təqdirdə respublikanın müxtəlif şəhər və rayonlarından qeydiyyatı olmayan sərnişinlərin daşınması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinin pozulması, yəni epidemiya əleyhinə rejimin pozulması kimi qiymətləndiriləcək və bu qaydaları pozmuş sürücü və sərnişinlərə yüz manatdan iki yüz manatadək məbləğdə cərimə və ya bir ayadək müddətə inzibati həbs cəzası tətbiq ediləcək”, – deyə məlumatda qeyd olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=6556