Qəzaya uğrayan yanacaqdaşıyan maşının sürücüsü yanaraq ölüb – YENİLƏNİB

image-66fbc2c0557eb66fbc2c0557ec172777542466fbc2c0557e966fbc2c0557eajpg-1727775578backend

Ucarda yanacaqdaşıyan yük avtomobili, 40 ton yanacaq və vətəndaşa məxsus yardımçı tikili yanıb.

Bu barədə Busaat.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub:

“Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış yanacaqla dolu yanacaqdaşıyan avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib. Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Yanğın nəticəsində yanacaqdaşıyan yük avtomobilinin yanar konstruksiyaları və 40 ton yanacaq, vətəndaşa məxsus yardımçı tikili yanıb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə yerində avtomobilin sürücüsünün meyiti aşkar edilib. Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.”

***

14:16

Ucar rayonunda qəzaya uğrayan yanacaqdaşıyan maşının sürücüsü yanaraq ölüb.

Busaat.az “Report”a istinadla xəbər verir ki, sürücünün ölümünü əraziyə cəlb olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşları təsdiqləyiblər.

Qeyd olunub ki, maşının qəzaya uğraması nəticəsində çıxan yanğın zamanı rayonun Müsüslü kənd sakininə məxsus tövlə də tamamilə yanıb.

***

13:51

Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində baş verən yanğın yanğından mühafizə bölmələri tərəfindən tam söndürülüb.

Busaat.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

***

13:33

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Busaat.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hadisə yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

13:24

Ucarda yanacaq daşıyan maşın aşıb.

Busaat.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunda qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan yanacaq daşıyan maşın idarəetməni itirərək aşıb.

Hadisə nəticəsində partlayış olduğu bildirilir.APA

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki