Məzmuna keç
  • Brent neft104.17 $▼5.29%
  • WTI neft96.07 $▼4.67%
  • Avropa qazı (TTF)93.45 €▼10.10%
  • Təbii qaz (ABŞ)2.867 $▼1.38%
  • Qızıl3 952 $▲1.08%
  • Gümüş50.60 $▲1.02%
  • Pambıq77.42 ¢▼0.98%
  • Buğda606.00 ¢▲0.54%
  • Bitcoin76 862 $▼1.74%
  • Ethereum2 247 $▼1.08%
  • S&P 5007 558▼0.30%
14°Bakı
  • USD1.7025
  • EUR1.9019
  • 100 RUB2.1143
  • GBP2.2813
  • TRY0.0341
  • AED0.4636
  • CNY0.2556
  • GEL0.6549
  • 100 KZT0.3745
  • UAH0.0375
  • 100 JPY1.0820
  • CHF2.0674
  • USD1.7025
  • EUR1.9019
  • 100 RUB2.1143
  • GBP2.2813
  • TRY0.0341
  • AED0.4636
  • CNY0.2556
  • GEL0.6549
  • 100 KZT0.3745
  • UAH0.0375
  • 100 JPY1.0820
  • CHF2.0674
Dünya

Qırğızıstan parlamenti Qazaxıstana sülhməramlıların göndərilməsinə razılıq verdi

image-qirgizistan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qırğızıstan parlamenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı missiyası tərkibində öz hərbi qulluqçularının Qazaxıstana göndərilməsi barədə qərarı təsdiq edib.

Busaat.az  “TASS”a istinadən xəbər verir ki, millət vəkillərinin qəbul etdiyi qərar əsasında Qazaxıstana 150 qırğız hərbi qulluqçu, eləcə də 19 avtomobil və zirehli texnika göndəriləcək.

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyevin sözlərinə görə, ölkəsinin hərbçiləri Qazaxıstanda aksiyanın dağıdılmasında deyil, strateji əhəmiyyətli dövlət obyektlərinin mühafizəsi ilə məşğul olacaqlar.

Qeyd edək ki, Qırğızıstan qanunvericiliyinə əsasən, respublika hərbçilərinin sərhəddən kənara göndərilməsi məsələsi parlament tərəfindən baxılır. Bundan sonra dövlət başçısı millət vəkillərinin qərarını imzalamalıdır.

Xatırladaq ki, KTMT-ya Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=67726