Qırğızıstanda matəm elan olundu

image-qirgiz656backend
image-uzb_ads_desk

Tacikistanla sərhəddə silahlı münaqişə zamanı ölənlərin xatirəsini yad etmək məqsədi ilə mayın 1-i və 2-si Qırğızıstanda milli matəm günləri elan olunub.

Busaat.az  TASS-a istinadən xəbər verir ki, müvafiq Fərmanı respublika prezidenti Sadır Japarov imzalayıb.

“Qırğız Respublikasının Prezidenti Fərman imzalayıb, bu Fərmana əsasən, 2021-ci il 1-2 may tarixləri Qırğız Respublikasında milli matəm günləri elan edilib”, – prezidentin mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədində baş verənlər nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb, 154 yaralı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki