Məzmuna keç
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 747 $▼0.01%
  • Ethereum2 235 $▼0.08%
  • S&P 5007 377▲0.27%
12°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Gündəm

“Qırmızı Xaç” Qarabağda qalan ermənilərə baş çəkməyə davam edir

image-1699961652_gu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Qarabağdakı işçi qrupları orada qalan erməni ailələrinə baş çəkərək, onların ehtiyaclarını öyrənir.

Busaat.az xəbər verir ki, bunu BQXK-nın Ermənistandakı nümayəndə heyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zara Amatuni bildirib. O deyib ki, Qarabağda qalan ermənilərlə bağlı konkret statistik məlumat vermək çətindir, lakin söhbət bir neçə onlarla ermənidən gedir.

“Qarabağ ermənilərinin əksəriyyəti Ermənistana köçəndə bizim komandalarımız müxtəlif səbəblərdən qalan və ya sadəcə gedə bilməyən insanlarla yerlərdə işləməyə başladı. Ermənistana köçmək istəyən, lakin müəyyən səbəblərdən köçə bilməyən bütün insanlara təşkilatımız bu işdə köməklik göstərdi. Onlar 50 nəfərə yaxındır və fiziki cəhətdən həssas, səhhətində problem olan insanlardır. Biz onlara Ermənistandakı qohumları ilə telefon və video zənglər vasitəsilə əlaqə saxlamağa kömək etmişik. İşçi qruplarımız mütəmadi olaraq Qarabağda qalmaq arzusunu bildirmiş şəxslərə baş çəkir, onların ehtiyaclarını qiymətləndirir”, – deyə Zara Amatuni bildirib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin işçi qruplarının səfərləri göstərdi ki, Qarabağda qalan ermənilərin ehtiyacları qida, dərman və suya çıxışla bağlıdır. İmkan daxilində onlar tibbi müayinədən keçirilir, lazım gələrsə, dərmanlar verilir.

Zara Amatuni BQXK əməkdaşlarının Qarabağda nə qədər qalacağından da danışıb:

“Ümumiyyətlə, bizim mövcudluğumuz humanitar ehtiyaclarla bağlıdır. Nə qədər ki, bu ehtiyaclar var və bu insanlar neytral vasitəçi kimi bizim iştirakımıza ehtiyac duyurlar, biz qalmağı və bu məsələlərə diqqət yetirməyə davam etməyi üstün tuturuq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=127897