Qızılca ilə bağlı vəziyyət tam nəzarətdədir – Nazir

image-1698913192_6543575489efc6543575489efd16989120846543575489efa6543575489efbbackend

Ölkədə qızılca xəstəliyi ilə bağlı vəziyyət tam nəzarətdədir.

Busaat.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Şəkidə gimnaziyada şagirdlərin qızılcaya yoluxmasından sonra vəziyyət ciddi şəkildə araşdırılıb və müayinələr götürülüb:

“Saylar çox deyil. Sadəcə profilaktik tədbir məqsədilə təmasda olan şəxslər izolyasiya olunub. Ümumiyyətlə, yoluxucu xəstəliklərə gəldikdə Nazirlər Kabinetinin 2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı təsdiqlənib. Tədbirlər Planına əsasən, uşaqlar arasında 11 yoluxucu xəstəliyin profilaktik immunizasiyası aparılacaq. Bu proses mütəmadi olaraq ölkəmizdə aparılıb və ildən-ilə daha müasir, daha effektiv vaksinlər gətirilir. Bu 11 xəstəlik – Hepatit B, vərəm, tetanus, poliomielit, difteriya, göy öskürək, B tipli hemofil infeksiya, məxmərək, qızılca, pnömokok və epidemik paratitidir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki