2012-ci ildə “Qarabağ” AZAL-a 6:2 hesabla məğlub olanda Qurban Qurbanov istefa ərizəsi yazdı. Həmin oyunda uğursuzluq olsa da, rəhbərliyin ona böyük inamı vardı. Qurban Qurbanovun bu addımından sonra komanda silkələndi və özünə gəldi.
Busaat.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov “Qarabağ FK – 30 mövsüm səfərdə” filmində deyib.
Bədavi Hüseynov bildirib ki, “Qarabağ” ölkə çempionu olanda Qurban Qurbanovun ilk dəfə ağladığının şahidi olub: “O zaman göz yaşını gördük. Bu, nadir hadisə idi”.