Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼0.95%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 932 $▲0.23%
  • Ethereum2 238 $▲0.07%
  • S&P 5007 377▲0.27%
11°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Müsahibə

Quru sərhədlər hansı təhlükələrə görə bağlıdır? - Açıqlama

image-2022-04-19-13-13-26ortlc4wmhe67fgapnfgm_file-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
“Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır”.
Bunu dünən VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında quru sərhədlərin bağlı qalması məsələsinə toxunan Prezident İlham Əliyev bildirdi.
Maraqlıdır, söhbət hansı fəakət və təhlükələrdən gedir?
 
Bakupost.az -ın sualını hərbi ekspert Ədalət Verdiyev cavablandırıb.
Onun sözlərinə görə, sərhədlərin bağlı qalması birmənalı şəkildə təhlükəsizliklə bağlıdır:
“Bu barədə bir çox mütəxəssislər, elə mən özüm də dəfələrlə açıqlama vermişik. Quru sərhədlərin açıq qalması ölkə ərazisinə girişi kifayət qədər asanlaşdırır. Bu, Azərbaycanın qələbəsini həzm etməyən bir çox böyük dövlətlərə, Azərbaycan ərazisinə daxil olaraq təxribat məqsədli fəaliyyətlər həyata keçirməyə imkan verə bilərdi”.
Hərbi ekspertin sözlərinə görə, ətrafda baş verən çoxsaylı münaqişələr fonunda Azərbaycan böyük miqrant axınına da məruz qala bilərdi:
“Bu da bizim diqqətimizi əsas məsələlərdən, xüsusilə də, Ermənistanla davam edən mövcud gərgin vəziyyətdən və azad olunmuş ərazılərimizin bərpası və vətəndaşlarımızın doğma yurduna qayıtması prosesindən yayındıra bilərdi”.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=148566