Rafiq Manaflı da Milli Şuradan getdibackend

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuradan istefa verib.

Busaat.az xəbər verir ki, bu barədə Rafiq Manaflı şəxsi “Facebook” hesabında yazıb.

Rafiq Manaflı Milli Şuradan istefasını bu şəkildə elan edib:

“Dostlar, bir daha deyirəm. Milli Şura bu hakimiyyətlə mübarizənin yeganə səngəridir. Milli Şurada təmsil olunan dostlarımla bu neçə ildə birgə fəaliyyətimdən qurur duyuram.
Amma bu son bir neçə gündə baş verənlər bizə də təsirsiz ötüşmədi. Çox uzatmadan və böyük təəssüf hissiylə Milli Şura ilə yolumuzun ayrıldığını bəyan etmək məcburiyyətindəyəm. Milli Şuranın bundan sonra da mübarizəsini uğurla davam etdirəcəyinə inanır və Milli Şuranı tərk etdiyimi bəyan edirəm”.