Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 440 $▼0.78%
  • Ethereum2 341 $▼1.80%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
Dünya

Raketin Rusiyadan buraxılması ehtimalı azdır - Bayden

“Əldə olunan ilk məlumat onu göstərir ki, Polşaya düşən raketin Rusiya tərəfindən buraxılması ehtimalı azdır”.

Busaat.az xəbər verir ki, bunu Bayden Polşa torpaqlarına raket düşməsi xəbərindən sonra deyib.

Mövzu ilə bağlı jurnalistlərə açıqlama verən Bayden hadisədə həlak olanların yaxınlarına başsağlığı verib: “Biz liderlərlə Ukrayna sərhədində, Polşa torpaqlarında baş verən partlayışın araşdırılmasında Polşaya dəstək verməyə razılaşdıq. İstintaq davam edərkən, biz birlikdə çalışacağıq və növbəti addımımızı müəyyən edəcəyik. Rusiyanın etdikləri tamamilə vicdansızlıqdır”.

Jurnalistlərdən biri, “Raketin Rusiyadan buraxıldığını söyləmək hələ tezdirmi?” – deyə, Polşaya düşən raketlə bağlı Baydenə sual ünvanlayıb. Bayden suala belə cavab verib:

“Əlimizdə olan ilk məlumatlar bunu deməyə əsas vermir. Təhqiqat tamamlanana qədər dəqiq deyə bilmərəm, lakin raketin Rusiyadan atıldığı ehtimalı az görünür”.

Qeyd edək ki, naməlum raket Polşanın Ukrayna ilə sərhədində yerləşən Prjevodov kəndinə düşüb və nəticədə 2 nəfər ölüb. Polşa Milli Təhlükəsizlik Komitəsi təcili toplanıb və “hərbi hissələrin döyüş hazırlığının artırılması” qərara alınıb.

Bir çox NATO ölkəsi hadisələrin narahatlıq doğurduğuna dair açıqlamalar verərək, hadisənin bütün aspektlərinin araşdırılması və bir çox detalların dəqiqləşdirilməsinin vacibliyini bildirib.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul