Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft91.84 $▲0.45%
  • WTI neft86.22 $▲0.64%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.294 $▲2.52%
  • Qızıl4 050 $▼1.81%
  • Gümüş52.15 $▼2.06%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda593.75 ¢▲0.85%
  • Bitcoin73 848 $▲0.20%
  • Ethereum2 063 $▲0.59%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Gündəm

“Ramiz Mehdiyev yazda komanda verəcək, insanlar küçəyə töküləcək” – SENSASİON AÇIQLAMA

image-hafizhaciyev1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Ramiz Mehdiyev bütün günü çalışır ki, ölkədə siyasi sabitlik pozulsun”.

Busaat.az-ın xəbərinə görə, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

H.Hacıyev R.Mehdiyevin ölkədə xaos yaratmağa çalışdığını bildirib: “İstəyir ki, qazanılan nailiyyətlərin üstündən xətt çəkilsin. Xarici dairələrdən aldığı göstərişi yerinə yetirir, çevrilişə cəhdin başında dayanır. Ramiz Mehdiyev məqsədli şəkildə müxalifəti şişirdir. Xatırlayırsınızsa, Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edildikdən sonra müxalifəti təriflədi. Həmin müxalifət də hazırda onun müdafiəsinə qalxıb. Yeni “baba müxalifət” yaranıb. Əli İnsanov. Görün Ramiz Mehdiyev Əli İnsanovun evinə kimləri göndərir? Ramiz Mehdiyev adamları çağırıb yanına ki, niyə Hafiz Hacıyevin partiyasına gedirsiniz, filan partiyaya gedin. Nə etmək istəyirlər? Yəni hazırlaşın, aprel, may aylarında sizə komanda verəcəyik. Komanda veriləcək ki, küçələrə tökülsünlər. Biz bunları deməliyik ki, bilsinlər ki, oyunlardan xəbərimiz var. Hakimiyyətdən qovulanlar, milyardı olanlar hamısı Ramiz Mehdiyevin yanındadır. O qədər pulları var ki, bəlkə də xəbərləri yoxdur, kiflənib…”müsavat.com

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=37803