Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 860 $▼0.54%
  • Ethereum2 377 $▼0.37%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Gündəm

Ramiz Mehdiyevi məhkəməyə verən direktor işinə qayıtdı - AÇIQLAMA

image-ramiz-mehdiyev
Ramiz Mehdiyev

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında bir müddət əvvəl tutduğu vəzifədən azad edilmiş Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev vəzifəsinə bərpa olunub. Bu barədə Əlövsət Quliyev öz sosial şəbəkə hesabında məlumat verib:

“Bu gün Rəyasət Heyətinin iclasında məni öz vəzifəmə qaytarmağa səs verdilər. Rəyasət Heyətinin üzvlərinə təşəkkür edirəm. Qoy hər yerdə ədalət zəfər çalsın”.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ümumi işlər üzrə direktor müavini Mürsəl Məmmədov Unikal.org-a açıqlamasında bildirib ki, İnstitutun yeni direktoru Qərib Məmmədov hazırda işdədir. İnstituta Əlövsət Quliyevin bərpa olunması ilə bağlı rəsmi məlumat göndərilməyib.

Qeyd edək ki, Əlövsət Quliyev bülletendə olduğu müddətdə onun AMEA-nın prezidenti Ramiz Mehdiyev tərəfindən  işdən çıxarılmışdı. Martın 16-da Səbail Rayon Məhkəməsində AMEA-nın müxbir üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sabiq direktoru Əlövsət Quliyevin bunula bağlı şikayətinə baxılmışdı. Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən məhkəmə Əlövsət Quliyevin işdən azad edilməsinin qanuni əsasının olmadığına və onun yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə bərpasına qərar vermişdi.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul