“Real”ın qapıçısı İngiltərə yolunda

image-35backend

İspaniyanın “Real” klubunun və Ukrayna millisinin qapıçısı Andrey Lunin İngiltərə təmsilçisi “Arsenal”a keçməyə yaxındır.

Busaat.az “El Nacional”a istinadən xəbər verir ki, “topçular”ın baş məşqçisi Mikel Arteta 25 yaşlı qolkiperlə şəxsən maraqlanır.

“Real” klubu futbolçunu 25 milyon avroya satmaq niyyətindədir. “Arsenal”ın baş məşqçisi qolkiperlə müqavilə imzalamaqda israrlıdır. Lakin London təmsilçisi hələlik konkret addım atmayıb. Tərəflər arasında danışıqlar prosesinə AVRO-2024 başa çatdıqdan sonra start veriləcək.

Qeyd edək ki, Andrey Lunin ötən mövsüm Madrid klubunun heyətində meydana çıxdığı 32 oyunun 12-də qapısını toxunulmaz saxlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki