“Real Madrid” “el-klasiko”da “Barselona”nı MƏĞLUB ETDİ

image-real_madrid_barcelonabackend

Bu gün futbol üzrə İspaniya çempionatında onuncu turun mərkəzi qarşılaşması keçirilib.

Busaat.az xəbər verir ki, “Nou Kamp” stadionunda baş tutan görüşdə “Barselona” və “Real Madrid” komandaları qarşılaşıb.

Hesab matçın 32-ci dəqiqəsində açılıb. Madridlilərin yeni transferi David Alaba uzaqdan vurduğu zərbə ilə baxımlı qola imza atıb. Komandalar fasiləyə “Real Madrid”in minimal hesablı üstünlüyü ilə yollanıb.

İkinci hissədə “Barselona”nın baş məqşçisi Ronald Kuman hücum xəttini gücləndirmək məqsədilə Oskar Minqesanın yerinə meydançaya Felipe Koutinyonu buraxıb. Oyunun 73-cü dəqiqəsində Vinisius Juniorun cərimə meydançası daxilində ötürməsini Kərim Benzema qola çevirə bilməyib. Bundan bir dəqiqə sonra “Barselona”nın ulduz futbolçusu Serxio Aquera meydançaya daxil olub.

Görüşün əsas vaxtın əlavə olunmuş dördüncü dəqiqədə madridlilər hesab arasındakı fərqi artırıblar. Marko Assensionun başladığı əks-hücumu Lukas Vaskez dəqiq zərbə ilə tamamlayıb – 0:2. Matçın 97-ci dəqiqəsində meydan sahibləri buraxılan qollardan birinin əvəzin çıxıb. Serxio Aquera hesab arasındakı fərqi azaldıb.

Beləliklə, “Real Madrid” 183-cü “el-klasiko”da “Barselona”nı 2:1 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində “Kral klubu” 9 oyundan sonra 20 xal toplayaraq turnir cədvəlində liderliyə yüksəlib. Kataloniya təmsilçisi isə 15 xalla səkkizinci pillədə qərarlaşıb. Hər iki komanda çempionatda bir oyun az keçirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90