“Region dövlətləri hamısı hazırlıq içindədir” – EKSPERT RƏYİ

image-6186930f86b24432782ad314backend

Son günlər yaşadığımız regionda ciddi geosiyasi qarşıdurmalar yaşanır. Xüsusilə, İranın anti-Azərbaycan addımlarının fonunda siyasi krizlərin daha da dərinləşdiyi müşahidə olunur.

Bu gün isə, yaşanan bu kimi hadisələrin ardından Azərbaycan Müdafiə naziri Zakir Həsənov həm işgüzar səfərlər etmək, həm də Türkiyədə keçiriləcək “Saha Expo” sərgisində iştirak etmək üçün bu ölkəyə səfər edib.

Səfərdən nə kimi gözləntilərin olduğu və hansı məsələlər ətrafında fikir mübadiləsinin aparılma ehtimalları barədə Busaat.az hərbi məsələlər üzrə ekspert Səxavət Məmmədin fikirlərini öyrənib:

image-2d247e3b-7ea6-4ff9-b767-58af896c5e2c

“Qafqaz regionunda münasibətlər son dərəcə kövrək, gərgin və dəyişkəndir. İran Azərbaycan sərhədində hərbi təlimlər keçirərək Azərbaycana, dolayısı ilə Azərbaycanın müttəfiqlərinə “mən də varam” mesajı verdi. İran bunun ardınca Türkiyə sərhədində hərbi təlimlərə start verib. Dolayısı ilə İran regionda baş verəcəklərin fərqindədir, ya özünü sığortalayır, ya da pay götürmək üçün fəaliyyətə keçib”.

Azərbaycan-Ermənistan sərhədində yenidən qarşıdurmaların yaranma ehtimmallarına toxunan ekspert qeyd edib: “Azərbaycanla Türkiyə arasında müttəfiqlik sazişi var. Bu o deməkdir ki, iki ölkə istənilən məsələdə eyni mövqedən çıxış edəcək. Regionda hər an gərginlik ehtimalı mövcuddur. Bu təkcə İranla bağlıdır demək olmaz. Ermənistan dövlət rəsmiləri, politoloqları, siyasətşünasları, eləcə də rusiyalı hərbi ekspertlər Azərbaycan Ermənistan dövlət sərhədində yenidən toqquşma ola biləcəyini vurğulayırlar. Ona görə də, rəsmi Bakı Türkiyə ilə hər mövzuda məsləhətləşmələr aparmalıdır. Müdafiə Naziri Zakir Həsənovun Türkiyə səfəri bir çox mətləbərdən xəbər verir. Rəsmi Bakı həm ola biləcək hərbi toqquşma ehtimalını nəzərdən keçirə bilər, həm də Azərbaycan ordusunun Türkiyə modelinə keçidini sürətləndirmək üçün danışıqlar apara bilər”.

Bölgədəki mövcud riskləri də dəyərləndirən ekspet əlavə edib: “Türkiyə ordusunun Azərbaycan komandanlığında mövcudluğu və mütəxəssislərinin fəaliyyəti onu deməyə əsas verir ki, məsələ ordu modeli deyil. Region dövlətlərinin hamısı hazırlıq içərisindədir. Azərbaycan dövləti də ən yaxın müttəfiq və tərəfdaşı ilə hər formada məsləhətləşmələr aparmalıdır”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki