Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 511 $▼0.97%
  • Ethereum2 369 $▼1.19%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Analitika

Regionda baş verən GƏRGİNLİK: “Yaxın gələcəkdə İranda...” - ŞƏRH

image-1652514249_080200012161

“İranda xalq hakimiyyəti sevmir, hakimiyyət isə artıq xalqı idarə edə bilmir”.

Bunu regionda baş verən proseslərin yaxın gələcəkdə hansı yöndə inkişaf edəcəyindən danışan politoloq Elşad Həsənov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsi yalnız münqaişədə olan iki tərəfə deyil, digər dünya dövlətlərinə də öz mənfi təsirini göstərib:

image-elsad_hesenov_-1

“Dünyanın bir çox yerində əhalinin elektrikə, qaza, yanacağa tələbatı var. Müharibə Rusiya-Ukrayna arasında deyil, Rusiya-tərəqqipərvər bəşəriyyət arasında gedir. Buna görə də müharibə bəşəriyyətə mənfi təsirini göstərir”.

Politoloq bundan sonra yaşanacaq hadisələri belə dəyərləndirib: “Cənubi Qafqaz regionunda ciddi gərginlik yaranıb. İranın apardığı yalnış siyasət etirazların güclənməsinə səbəb oldu. Sentyabr ayından başlayan etirazlar isə hazırda ən gərgin dövrünü yaşayır. İranda xalq hakimiyyəti sevmir, hakimiyyət isə artıq xalqı idarə edə bilmir. Yaxın gələcəkdə İranda hakimiyyət dəyişikliyi gözləniləndir. Regionda baş verənlər fonunda Azərbaycan düşünərək balanslı siyasət davam etdirməlidir. Azərbaycan qonşuların daxili işlərinə qarışmır, dostluq münasibətlərini təbliğ edir. Lakin regionda baş verən gərginlik müəyyən mənada Azərbaycana da təsir edir. Azərbaycan hazırki çətin vəziyyətdən hər zamanki kimi üzüağ çıxacaq”.

Ələsgər / Busaat.az

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul