Dünyada məşhur olan “Sotheby’s” hərrac evində keçirilən hərracda “Apex” adlı böyük dinozavr skeleti 44,6 milyon dollara satılıb.
Busaat.az “TASS”a istinadən xəbər verir ki, dorsal boşqabları və quyruq tikanları ilə tanınan ot yeyən steqosaurus növü olan “Apex” fosili 3 metr 40 santimetr hündürlüyündədir. Burundan quyruğa qədər uzunluğu 8 metrdən çoxdur.
“Sotheby’s” qeyd edib ki, “Apex” Amerikada doğulub və Amerikada qalacaq. Bu fosil indiyə qədər aşkar edilmiş qabaqcıl tam skeletlərdən biridir.
Fosil satışdan əvvəl təxmini dəyərinin 11 qatına satılıb. Fosili hərracda alan şəxs kimliyini açıqlamayıb.
Qeyd edək ki, “Apex” 2022-ci ildə Kolorado ştatında bir paleontoloq tərəfindən aşkar edilib.