Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Brent neft111.41 $▼1.91%
  • WTI neft103.21 $▲3.22%
  • Təbii qaz (ABŞ)3.049 $▲11.44%
  • Qızıl4 006 $▼0.59%
  • Gümüş53.90 $▼0.11%
  • Bitcoin81 373 $▲0.09%
  • Ethereum2 401 $▲0.61%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Gündəm

Rəsmi Bakıdan Ermənistana daha bir ÇAĞIRIŞ

image-xin

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, mayın 27-dən 28-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərini atəşə məruz qoyublar. Nəticədə hərbi qulluqçumuz, əsgər Muradov Elxan yaralanıb”.

Bu barədə Busaat.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, Ermənistan tərəfinin son günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədi boyu törətdiyi təxribatlar, o cümlədən sərhədin Naxçıvan sahəsində Azərbaycanlı əsgərin yaralanması, bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Bölgədə yaşanan bu eskalasiyaya görə məhz Ermənistan cavabdehdir.

“Ermənistanı təxribat əməllərinə dərhal son qoymağa, sərhədlərin toxunulmazlığına riayət etməyə və bölgədə vəziyyəti gərginləşdirən əməllərdən çəkinməyə çağırırıq”, – XİN-dən bildirilib.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul