Ronaldo və Messinin yer aldığı fotonun təfərrüatları

image-173702_n4wz2y8906backend

Əfsanəvi futbolçular Kriştiano Ronaldo və Lionel Messinin şahmat taxtasında yer aldığı rezonanslı fotonun təfərrüatları məlum olub.

Qol.az NRK-ya istinadən xəbər verir ki, fotoda oyunçuların qarşısındakı şahmatda dünya çempionu Maqnus Karlsenlə Hikaru Nakamuranın 2017-ci ildəki oyunu düzülüb. Həmin oyun heç-heçə başa çatıb.

Bununla bağlı Karlsenin məşqçisi Piter Hayne Nilsen deyib: “Bu, Karlsenin oyunudur. Şahmatçılarda reklamda, portretdə, rəsmdə şahmat mövqeyini görəndə refleks yaranır. Biz mühitə deyil, şahmatın mövqeyinə baxırıq”.

“Louis Vuitton”un ictimaiyyətlə əlaqələr üzrə meneceri isə yazıb: “Netflix-in King’s Gambit serialının istehsalı ilə məşğul olan şahmat mütəxəssisi Brüs Pandolfini fiqurların mövqeyinin nə Ronaldonun, nə də Messinin qalib gələ bilməyəcəyinə əmin olmaq üçün fotosessiyada iştirak edib”.

Qeyd edək ki, Ronaldo və Messi “Louis Vuitton” brendinin reklam kampaniyasında yer alıblar. Onlar ilk dəfə eyni reklamda çəkiliblər. Reklam çəkilişi zamanı Karlsen və Nakamuranın oyununa əsasən, lövhədəki fiqurlar elə düzülüb ki, oyunçulardan heç biri qalib gələ bilməsin. Bu, brendin düşünülmüş qərarı olub.

Əlavə edək ki, çəkiliş zamanı futbolçuların ayrı-ayrılıqda fotossesiyada iştirak etdiyi, sonra görüntülərin montajla birləşdirildiyi bildirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90