“Rusiya Avropa İttifaqı ilə münasibətləri pozmağa hazırdır” – Lavrov

image-lavrov-2backend

Xarici işlər naziri Sergey Lavrov Rusiyanın Avropa İttifaqı ilə əlaqələrini pozmağa hazır olduğunu açıqlayıb.

Busaat.az xəbər verir ki, Lavrov bu barədə “Solovyov Live” yutub kanalının efirində açıqlama verib.

“Ən həssas sahələr daxil olmaqla, hansısa sahələrdə iqtisadiyyatımız üçün risklər yaradan sanksiyalar tətbiq olunur. Özümüzü dünya həyatından təcrid etmək istəmirik, amma sülh istəyirsənsə, müharibəyə hazırlaş!”,-deyə Rusiya XİN rəhbəri qeyd edib.

Qeyd edək ki, bu həftə Brüssel yeni anti-Rusiya sanksiyaları tətbiq oluna biləcəyini açıqlayıb. Bu, Aİ diplomatiyasının rəhbəri Josep Borrellin Moskva səfərindən qayıtmasından sonra baş verib. Onun fikrincə, Rusiya ümidləri doğrultmayıb və müasir demokratiyaya çevrilməyib.

Xatırladaq ki, Ukrayna və Dnestryanıdakı qarşıdurmalar və Belarusdakı vəziyyətdən sonra rusiyalı müxalif bloqqer Aleksey Navalnının tutulması və onun azad olunmasını tələb edən etirazçıların 23 və 31 yanvar tarixlərində saxlanılması Avropa-Rusiya münasibətlərində gərginliyin artmasına səbəb olub.

Rusiya tərəfi isə avropalı tərəfdaşlara digər ölkələrin daxili işlərinə qarışmamaları və öz problemləri ilə məşğul olmalarını tövsiyə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90