Avropa İttifaqı (Aİ) tərəfindən bərpa olunan hidrogen istehsalını dəstəkləmək üçün qurulan Hidrogen Bankı 800 milyon avroluq ilk tenderini başlatdı.
Busaat.az xəbər verir ki, Hidrogen Bankının bərpa olunan hidrogen bazarını yaratmaq, istehsal gücünə investisiyaları təşviq etmək və hasilatı artırmaq məqsədi daşıdığı vurğulanıb. Bərpa olunan hidrogenin Avropanın gələcək enerji qarışığında, xüsusilə də ağır sənayedə mühüm rol oynayacağı ifadə edilib.