Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 541 $▼0.93%
  • Ethereum2 369 $▼1.22%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Dünya

Rusiya beynəlxalq hüququn pozulmasının hesabını verməlidir - İngiltərə XİN

image-6317906c46db06317906c46db116624886846317906c46dae6317906c46daf

İngiltərə Rusiyanın Ukraynanın şərqindəki bölgələri ilhaq etməsindən sonra Rusiya iqtisadiyyatına yönəlik ixrac qadağası və xidmət sanksiyaları tətbiq edəcək.

Busaat.az xəbər veir ki, bu barədə məlumatı İngiltərə Xarici İşlər Nazirliyi yayıb.

Nazirliyin məlumatında bildirilib ki, sanksiyalar Rusiyanın informasiya texnologiyaları, memarlıq xidmətləri, mühəndislik, reklam və audit xidmətlərini əhatə edəcək.

Açıqlamada Rusiyanın sənaye və texnoloji imkanlar üçün olduqca önəmli olan təxminən 700 adda məhsulunun ixracının qadağan edildiyi bildirilib.

“İngiltərə Rusiya iqtisadiyyatının kilit sektorlarını hədəfləmək üçün beynəlxalq tərəfdaşları ilə birlikdə hərəkət edir. Yeni ehtiyat tədbirlərilə təhlükəsizlik məsələlərini, vacib tədarük zəncirlərini hədəf alaraq Rusiyakı rejim üzərində iqtisadi təzyiqi artıracağıq” –deyə, açıqlamada bildirilib.

“İngiltərə Putinin Ukrayna torpaqlarının qanundan kənar ilhaq etməsini tamamilə qınayır. Bu uydurma referendumların nəticələrini və ya Ukrayna torpaqlarının hər hansı bir şəkildə ilhaqını heç vaxt tanımayacağıq. Rusiya rejimi beynəlxalq hüququn pozulmasının hesabını verməlidir. Bu səbəblə yeni sanksiyalarla iqtisadi təzyiqi artırmaq üçün beynəlxalq ortaqlıqlarla birlikdə çalışırıq” –deyə, İngiltərə Xarici İşlər Naziri Ceyms Kleverli bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrinin Rusiyaya birləşdirilməsi haqqında qərarnaməni 30 Sentyabr tarixində imzalayıb.

Busaat.az

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul