Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft93.65 $▼9.53%
  • WTI neft87.07 $▼9.11%
  • Avropa qazı (TTF)85.03 €▼7.65%
  • Təbii qaz (ABŞ)2.937 $▲2.30%
  • Qızıl4 131 $▲4.15%
  • Gümüş52.87 $▲5.84%
  • Pambıq78.09 ¢▲1.04%
  • Buğda601.50 ¢▲1.39%
  • Bitcoin80 682 $▲0.43%
  • Ethereum2 426 $▲0.26%
  • S&P 5007 689▲1.59%
15°Bakı
  • USD1.7000
  • EUR1.9023
  • 100 RUB2.0943
  • GBP2.2794
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6552
  • 100 KZT0.3751
  • UAH0.0372
  • 100 JPY1.0767
  • CHF2.0776
  • USD1.7000
  • EUR1.9023
  • 100 RUB2.0943
  • GBP2.2794
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6552
  • 100 KZT0.3751
  • UAH0.0372
  • 100 JPY1.0767
  • CHF2.0776
Dünya

Rusiya Türkiyə üzərindən Suriyaya kömək üçün icazə verə bilər

image-116692
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya Türkiyə sərhədindən Suriyaya humanitar yardımın daha 6 ay davam etməsinə icazə verə biləcəyi siqnalını verib.

Busaat.az xəbər verir ki, Rusiya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Suriyanın şimal-qərbindəki 4 milyona yaxın insana Türkiyə sərhədindən humanitar yardımın keçməsi məsələsi ilə bağlı müsbət addımlar atıb.

BMT Təhlükəsizlik Şurası bazar ertəsi, hazırkı qətnamənin müddətinin bitməsinə bir gün qalmış qətnamənin uzadılmasına səs verəcək. Bu qətnamənin qəbul edilməsi üçün doqquz lehinə səs lazımdır. Bununla birlikdə Rusiya, Çin, İngiltərə, Fransa və ya ABŞ qətnaməyə veto qoymamalıdır.

Qeyd edək ki, Suriya hakimiyyəti 2014-cü ildən bəri Suriyada müxalifətin nəzarətində olan bölgələrə qida, dərman və sığınacaq kimi humanitar yardımların çatdırılmasını qəbul etmədiyi üçün 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasının icazəsi tələb olunur. Məsələ ilə bağlı brifinq keçirən diplomatlar bildiriblər ki, Təhlükəsizlik Şurasının üzvləri keçən həftə İrlandiya və Norveç tərəfindən hazırlanan və müzakirə edilən humanitar yardımın daha altı ay uzadılmasına dair qətnaməni qeyri-rəsmi olaraq təsdiqləyiblər.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96041